Azərbaycanda gənclər hansı yaşda ailə qurur? - Rəsmi

19 Sentyabr 2024 17:02

2023-cü ildə Azərbaycanda nikaha daxil olanların 69,8 faizini gənclər təşkil edib.

Milli.Az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin bu gün dərc etdiyi "Azərbaycan gəncləri" məcmuəsində öz əksini tapıb.

Bildirilib ki, ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28,7, qadınların isə 24,2-dir.

Qeyd edilib ki, ümumi boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 14,8 faiz, gənc qadınların xüsusi çəkisi isə 34,3 faiz olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun