Metroda doğulan körpəyə bir ömür unutmayacağı hədiyyə verildi

20 Sentyabr 2024 10:44

Belçikada qadın metroda uşaq dünyaya gətirib.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, Belçikada metroda dünayay gələn uşağa bir ömür boyu unutmayacağı hədiyyə verilib.

Belçikada metronun Beekant stansiyasında uşaq dünyaya gətirən qadına tibbi yardım göstərilib, o, tam sağlam şəkildə doğuş həyata keçirib.

İctimai nəqliyyatın təşkili şirkəti olan STIB uşağa ömür boyu pulsuz abunəlik hədiyyə edib. Belə ki, o, ömrünün sonunadək metrodan pulsuz istifadə edə biləcək.

Qeyd edək ki, uşağa nə adı verilməsi məlumatda qeyd olunmayıb.

İsmayıl
Milli.Az