Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçiriləcək

19 Sentyabr 2024 13:06

Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans (ICCD) keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, 25 sentyabr tarixində təşkil ediləcək konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniya Respublikasının Kiberdiplomatiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tadbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçiriləcək. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil ediləcək.

İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq
10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə İştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illikuğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-yə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun