Küçədə paltarsız gəzən kişini döydülər - VİDEO

19 Sentyabr 2024 14:18

Türkiyənin Mardin vilayətində maraqlı hadisə yaşanıb.

Küçədə paltarsız gəzən şəxs ətrafdakılar tərəfindən təpik və şillə ilə döyülüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, hadisə Mardinin Artuklu rayonunun İstasyon məhəlləsində baş verib. Küçədə paltarsız gəzən şəxsi görənlər - "Belə gəzməyə utanmırsan?" - deyərək ona təpik və şillə ilə zərbələr vurublar. Daha sonra çağırdıqları polis qruplarına təhvil veriblər.

Hadisə yoldan keçən sərnişin mikroavtobusundakı sərnişinlərdən biri tərəfindən mobil telefonla anbaan lentə alınıb.

Nəzarətə alınan şübhəli tibbi müayinədən sonra dindirilmək üçün polis bölməsinə aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun