Məşhur aktrisa “Qalatasaray”ın futbolçusuna ƏRƏ GEDİR - FOTO

20 Sentyabr 2024 09:12

"Qalatasaray"ın uruqvaylı ulduzu Lukas Torrera türkiyəli aktrisa Devrim Özkanla ailə həyatı qurmağa hazırlaşır. Cütlük artıq uzun müddətdir ki, sevgilidir. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi hazırda İstanbulda ev axtarışındadır. Torrera evliliklə bağlı məlumatı klub rəhbərliyi ilə bölüşüb. 

Xatırladaq ki, 2022-ci ildən "Qalatasaray" forması geyinən Lukas Torerra müdafiəyə meyilli oyunqurucu mövqeyində çıxış edir. Futbolçu 1 ilə yaxındır ki, 26 yaşlı aktrisa ilə münasibətdədir. Devrim Özkan İstanbul nəhənginin radikal azarkeşidir və bütün ev oyunlarında stadiondan komandasına azarkeşlik edir. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun