Moskva hava limanlarında bu şəxslərdən barmaq izi götürüləcək

19 Sentyabr 2024 11:24

Bu il dekabrın 1-dən Moskva hava limanlarında Rusiyaya gələn əcnəbilərin foto və barmaq izinin identifikasiyası proseduruna başlanılacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Kommersant"a Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy məlumat verib.

"Bu, hələ ki eksperimentdir. Alqoritmin aprobasiyasından sonra hökumət Federal Təhlükəsizlik Xidmətindən olan həmkarlarla birlikdə onun bütün sərhəd keçidlərində tətbiq edilməsini nəzərdən keçirəcək", - o bildirib.

A.Qorovoy qeyd edib ki, eksperimentin aparılması üçün Moskvanın seçilməsi onun xarici vətəndaşlar üçün ənənəvi cazibə mərkəzi və iri nəqliyyat qovşağı olması ilə şərtlənib.

Eyni zamanda, analoji nəzarət sistemi Qazaxıstanla sərhəddə yerləşən Orenburq vilayətindəki Maştakovo avtomobil keçid məntəqəsində də tətbiq olunacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun