Qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - FOTO

19 Sentyabr 2024 10:42

Tovuz rayonu, Əyyublu kəndi ərazisində fəaliyyət göstərən fərdi sahibkar Niyazov Əkbər Məhərrəm oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd təzyiq altında işləyən tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.

Aşkar olunmuş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib edilmiş aktın və qərarın surətləri sahibkara təqdim edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun