“ABŞ Türkiyə banklarını sanksiyalarla hədələyib”

19 Sentyabr 2024 10:25

"ABŞ nümayəndələri Türkiyənin maliyyə müəssisələrinin rəsmiləri ilə görüşlər keçirib. Bu təmaslar zamanı ABŞ nümayəndə heyəti onları Rusiya ilə maliyyə əməliyyatlarını davam etdirəcəkləri təqdirdə sanksiyalarla hədələyiblər".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyədə maliyyə konsaltinqi sahəsində mənbəyə istinadən TASS yayıb. 

"ABŞ-dən nümayəndə heyətinin gəlməsi doğrudur. Onların nümayəndələri banklarımızı Rusiya ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi halında gizli sanksiyalar ilə hədələyiblər", - deyə mənbə qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun