“iPhone 16”nın dizaynı oğurluqdur? - FOTO

19 Sentyabr 2024 11:12

"Apple" bu yaxınlarda yeni kamera dizaynı ilə "iPhone 16" seriyasını təqdim edib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, təqdimatdan dərhal sonra bir çoxları yeni "Apple" smartfonunu "Huawei" telefonları ilə müqayisə ediblər. 

Maraqlıdır ki, müqayisə ən son "iPhone" və "Mate XT" arasında deyil, iki il əvvəlki orta büdcəli cihaz arasındadır.

"Apple"ın təqdimatından dərhal sonra Çin sosial şəbəkələrində "iPhone 16"nı "Huawei nova 10 SE" ilə müqayisə edən fotolar yayılıb. Bu cihaz iki modulda yerləşdirilmiş 108+8+2 meqapiksellik üçlü kameraya malikdir. Arxa tərəfdən cihaz "iPhone 16"ya çox bənzəyir. "Apple"ın yeni məhsulu mahiyyət etibarı ilə yalnız flaşın yeri və sensorların ölçüsü ilə fərqlənir.

Qeyd edək ki, "Huawei" cihazı "iPhone 16"nın elanından iki il əvvəl, 2022-ci ilin oktyabrında buraxılıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun