Bakıda tələbə “Audi” ilə qəza törətdi - Ölən var

19 Sentyabr 2024 09:40

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt sakini, 2006-cı il təvəllüdlü Ayaz Sultanov Mərdəkan qəsəbəsində idarə etdiyi "Audi A6" markalı avtomobillə yolu keçən 52 yaşlı Kəklik Əliyevanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi açılıb.

Bildirilir ki, hadisəni törədən gənc Bakıdakı universitetlərdən birinin 2-ci kurs tələbəsidir. O, sürücülük vəsiqəsini yeni alıbmış.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun