Rusiya nə qədər raket istehsal edir?

19 Sentyabr 2024 09:41

Rusiya demək olar ki, hər gün Ukraynanın mülki və enerji obyektlərinə zərbələr endirir. Bəs niyə onun raketləri tükənmir?

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Forbes.ua Rusiyanın silah istehsalına dair bəzi rəqəmləri açıqlayıb.

Məlumata görə, bir ay ərzində Rusiya 42-dən 56-ya qədər ballistik və 90-115 uzaq mənzilli qanadlı raket istehsal edir ki, bunlardan Ukrayna ərazisinin dərinliklərinə, xüsusən də enerji infrastrukturuna zərbələr endirmək üçün istifadə edilir.

Həmçinin, "Shahed-136" dronlarının istehsal həcmi 500 ədəddən çoxdur.

Bildirilir ki, Rusiyanın silah istehsalı gücünə dair bu cür qiymətləndirməni Ukrayna kəşfiyyat struktularından biri verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun