Modriç də o sıraya qoşuldu

19 Sentyabr 2024 09:05

Xorvatiya millisinin və "Real Madrid" klubunun futbolçusu Luka Modriç Çempionlar Liqasının tarixinə düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, buna Liqa mərhələsinin ilk turunda "Ştutqart"la oyunda nail olub.

Belə ki, xorvatiyalı yarımmüdafiəçi 70-ci dəqiqədə meydana daxil olub və  83-cü dəqiqədə isə Antonio Rüdigerə məhsuldar ötürmə edib. 

Bununla da Modriç turnirdə assist edən ən yaşlı (39 yaş 8 gün) 3-cü futbolçu olub.

Modriçdən əvvəl ÇL-də məhsuldar ötürmə edən ən yaşlı futbolçular Amedeo Karboni (39 yaş 176 gün) və Rayan Giqqz (39 yaş 363 gün) idi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun