“Plan hazırdır” - Zelenski

19 Sentyabr 2024 07:46

Ukrayna lideri Volodimir Zelenski ölkəsi üçün sülh planını tam hazırladığını açıqlayıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında məlumat verib.

"Bu gün deyə bilərik ki, qələbə üçün planımız artıq tam hazırdır. Plana bütün məqamlar, bütün əsas vurğular, lazımi əlavələr və təfərrüatlar müəyyən edilib", - deyə Zelenski bildirib.

O, əlavə edib ki, hazırda Kiyev üçün ən zəruri şey nəzərdə tutulan layihənin həyata keçirilməsində qətiyyətdir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun