“Bu hadisələrdə iştirak etməmişik” - Ağ Ev

19 Sentyabr 2024 07:39

ABŞ Livanda peycer və digər cihazların kütləvi partlayışlarında iştirakının olmadığını bəyan edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi açıqlama verib.

"Biz son günlərdə baş verən bu hadisələrdə heç bir şəkildə iştirak etməmişik", - o bildirib.

Qeyd olunur ki, ABŞ Yaxın Şərqdə ikinci cəbhənin açılmasına qarşı çıxmaqda qərarlıdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun