Dollar ucuzlaşa bilər - Yeni qərar

19 Sentyabr 2024 06:45

ABŞ Federal Ehtiyat Sistemi (FED) son 4 ildə ilk dəfə baza dərəcəsini 0,5 faiz bəndi azaldaraq 4,75-5,00%-ə endirib.

Milli.Az xəbər verir ki, bu barədə FED-in rəsmi saytında məlumat verilib.

Qeyd olunur ki, federal fondların dərəcəsi üçün hədəf diapazonuna əlavə düzəlişləri nəzərdən keçirərkən, Federal Ehtiyat Sistemi daxil olan məlumatları, inkişaf edən proqnozları və risk balansını diqqətlə qiymətləndirəcək.

FED 2024-cü ildə real ÜDM artımı ilə bağlı proqnozunu iyunda gözlənilən 2,1 %-dən 2 %-ə endirib.

"2025-2027-ci illər üçün ölkədə iqtisadi artım proqnozları 2% səviyyəsində saxlanılıb", - deyə bildirilib.

Qeyd edək ki, uçot dərəcəsi dünya üzrə ABŞ dollarının dəyərini müəyyənləşdirir.

FED-in növbəti iclası 6-7 noyabr tarixlərində keçiriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun