Livandakı partlayışlarda SEPAH üzvləri ölüb? - Açıqlama

19 Sentyabr 2024 06:14

SEPAH hərbçilərinin Livanda portativ peycer partlayışlarının qurbanı olması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, general Əli Məhəmməd Naeini Tasnim-ə müsahibəsində deyib.

General Naeini bir sıra media orqanları və sosial media hesabları tərəfindən Livanda eyni vaxtda peycer partlayışları nəticəsində SEPAH əsgərlərinin həlak olması ilə bağlı yayılan şayiələri təkzib edib.

Onun sözlərinə görə, peycerlərin partlaması nəticəsində heç bir SEPAH hərbçisi xəsarət almayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun