Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndi 1988-ci ildən etibarən hər zaman düşmən atəşi altında qalmasına baxmayaraq, sakinlər öz evlərini tərk etməyiblər.
Milli.Az Baku TV-yə istinadən xəbər verir ki, onlar burada fərdi təsərrüfatları ilə məşğuldurlar.
"Kənd həmişə atəş altında olub. Evlərimizin dam örtükləri, mənfur düşmənin atdığı güllələrdən deşik-deşik olub, pis vəziyyətə düşüb" , - kənd sakini bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun