Perişiçin yeni klubu müəyyənləşdi

18 Sentyabr 2024 23:26

Yarımmüdafiəçi İvan Perişiç PSV ilə müqavilə imzalayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Niderland klubu 35 yaşlı xorvatiyalı ilə 2025-ci ilin iyunun sonuna qədər müqavilə bağlayıb.

"Tottenhem"in sabiq üzvü 2023/24 mövsümünün ikinci yarısını icarə əsasında "Hayduk"da çıxış edib. Yarımmüdafiəçi Xorvatiya yığmasında 12 matçda 1 qol vurub.

2024-cü ilin iyulunda Perişiç azad agent kimi "Tottenhem"dən "Hayduk"a keçib. Avqustun ortalarında futbolçu baş məşqçi Cennaro Qattuzo ilə münaqişəyə görə komandanı tərk edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun