Rozanın klipini yutubdan sildirdilər

18 Sentyabr 2024 22:21

Müğənni Roza Zərgərlinin klipi yutubdan silinib.

Milli.Az olay.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi özü məlumat yayıb.  O bildirib ki, "Milli mashup" kimi təqdim etdiyi layihə kanaldan götürülüb:

"Elçinlə son təqdim etdiyimiz mahnı hit olduğu üçün əlinizdən gələni etdiniz. Kanalımıza spam atdınız, şikayət etdiniz. Kanaldan klip silindi. Bir neçə saat sonra Elçin Məhərrəmovun kanalında sevənlərimiz izləyə biləcək. Siz belə etdikcə, mən qızışıram. Çünki qırmızı görürəm. Sizə bu, lazımdır? Roza qan görəndə qorxmur, əksinə qızışır".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun