Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

18 Sentyabr 2024 22:15

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi "Substack" platformasında nəşr olunan xarici siyasət bülletenində Azərbaycanla bağlı pozitiv fikirlərə yer verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Devid Lemmi Ukraynaya səfəri zamanı gördüklərindən və müşahidələrindən yazıb, bəzi məqamlarda Rusiyanı tənqid edib.

Nazir yazısında Azərbaycandan da bəhs edib və deyib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bilib. O qeyd edib ki, Gürcüstan və Moldova NATO və Avropa İttifaqı ilə əməkdaşlıq edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun