“Milan”ı bu durumda görmək istəməzdim” - Kapello

18 Sentyabr 2024 21:50

Fabio Kapello "Milan"ı sərt tənqid edib. "Rossonyerlər"in sabiq baş məşqçisi komandanın "Liverpul" önündə aciz durumda göründüyünü dilə gətirib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis evdəki 1:3 hesablı məğlubiyyətin səbəblərindən danışıb:

"Belə oyunu izləmək çox çətin idi. "Milan"ı bu vəziyyətdə görmək istəməzdim, məyusedici idi. Matçın son dəqiqələri üstisna olmaqla, komanda meydanın mərkəzini keçə bilmirdi".

Xatırladaq ki, Çempionlar Liqasının ilk turunda məğlub olan "Milan"la Kapello vaxtilə böyük uğurlar qazanıb. O, dünənki qarşılaşmaya fəxri qonaq kimi dəvət olunmuşdu.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun