Göz rəngini dəyişən Mətanət tənqidlərə cavab verdi

18 Sentyabr 2024 21:40

Xəbər verdiyimiz kimi, aparıcı Mətanət Əliverdiyeva əməliyyatla qara gözlərini əməliyyatla mavi rəngdə etdirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı etdiyi dəyişikliyə görə ona tənqid yazanlara "Xəzər axşamı"nda cavab verib:

"Gözlərimin rənginə görə xarici passport və şəxsiyyət vəsiqəmi dəyişməliyəm. İnsanın şəxsiyyəti və mənliyi dəyişmir. Sadəcə göz rəngi dəyişir. Bəziləri ağızlarına gələni yazdılar. Camaat elə nöqtələrini biədəb yerə qoyur ki, heç ondan yazan yoxdur. Hər şey anadangəlmədir. Gözlərimin rəngi məni bu cür qane edir. Özümü belə gözəl və xoşbəxt hiss edirəmsə, niyə də etməyim?".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun