“Bu, Qərb ölkələri üçün biabırçılıqdır” - İran lideri

18 Sentyabr 2024 21:28

İran Prezidenti Məsud Pezeşkian Livanda baş verən son peycer partlayışlarını Qərb ölkələri üçün biabırçılıq adlandırıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda "İRNA" agentliyi yazıb.

"Belə bir hadisə Qərb ölkələri üçün, xüsusən də qeyri-insani məqsədlərinə çatmaq üçün heç bir işdən əl çəkməyən ABŞ üçün utancvericidir", - İran lideri bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun