Quterreş Livandakı partlayışlardan danışdı

18 Sentyabr 2024 20:18

"Mülki obyektlərin hədəfə çevrilməsinə qadağa dünya birliyində ölkələr üçün qaydaya çevrilməlidir"​.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş deyib.

Baş katib Assambleyanın 79-cu sessiyasının yüksəksəviyyəli həftəsi ərəfəsində keçirdiyi mətbuat konfransında Livanda mobil qurğuların partladılmasını şərh edərkən, mülki obyektlər üzərində nəzarətin saxlanmasının tərəfdarı olduğunu deyib:

"İnanıram ki, mülki obyektlərə nəzarət, onları silaha çevirməmək, dövlətlərin həyata keçirməli olduğu bir qayda olmalıdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun