“20 yanvar” metrosunun yaxınlığında YANĞIN - VİDEO

18 Sentyabr 2024 19:42

Bakıda "20 Yanvar" metrostansiyasının yaxınlığında ağaclıq sahədə yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğınsöndürənləri cəlb olunub.

Milli.Az bildirir ki, Qurumun mətbuat xidmətindən Baku.ws-ə verilən məlumata görə, ağaclıq ərazidə baş verən yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun