"Azərbaycanda təşkil olunan tədbir səbəbi ilə sifarişlərinizin uçuş və gömrük prosesinin müddəti uzana bilər. Gözləməyinizi xahiş edirik".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə bir xəbərdarlıq mesajı "Trendyol" istifadəçilərinə gəlib.
Məsələni aydınlaşdırmaq üçün "Trendyol"un Bakıdakı nümayəndəliyinə sorğu ünvanladıq.
Nümayəndəlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu xəbərdarlıq ölkəmizdə keçirilən "Formula-1" yarışı ilə bağlı olub.
"Artıq sistemə yenilənmə verilib və xəbərdarlıq aradan qaldırılıb", - deyə açıqlamada qeyd olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun