"Ər-arvad işinə qarışmaq ancaq bizdədir"

18 Sentyabr 2024 19:26

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayımda ona ünvanlanan suala əsəbiləşib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, izləyicisinin şəxsi həyatı ilə bağlı sualına o, sərt reaksiya verib. 

Hidayətqızı "Ər-arvad işinə qarışmaq ancaq bizdədir. Hərdən deyirəm ki, mən kiminsə canlısına girib, ona deyə bilərəm nə etdin? Əsla. Çox şükür övladlarım da mənim kimidir" deyə, bildirib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun