Livanda bu dəfə mobil telefonlar partladıldı - 3 nəfər ölüb, 100 yaralı var

18 Sentyabr 2024 18:54

Livanda rabitə cihazlarının yeni partlayışları barədə məlumat yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Livan mediası bildirir.

Jurnalistlərin məlumatına görə, Beyrut da daxil olmaqla Livanda partlayışlar baş verir. Ancaq bu dəfə mobil telefonlar və avtomobil radioları kimi digər cihazlar partlayır.

Partlayış səsləri yaşayış binalarında da eşidilir.

İlkin məlumata görə, insidentlər nəticəsində azı yüz nəfər xəsarət alıb. Üç nəfərin həlak olduğu qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun