Bu ölkə Rusiya ilə sərhəddə hərbi baza yaratdı

18 Sentyabr 2024 21:01

Estoniya ölkənin cənubunda Rusiya ilə sərhədin yaxınlığında yeni hərbi baza yaradıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Reedo" bazası 14 tikilidən ibarətdir.

Yuba kəndində yerləşən bu bazaya min nəfərə qədər şəxsi heyət yerləşdirməyin mümkün olduğu qeyd olunub. 

"ERR" qeyd edib ki, baza NATO-nun müdafiə planlarına uyğun olaraq hazırlıqlar üçün toplanma nöqtəsi kimi istifadə ediləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun