Bakıda məhkum həbsdə ÖLDÜ

18 Sentyabr 2024 18:02

Azərbaycanda məhkum həbsdə ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Orada cəza çəkən məhkum Mahir Qayıbalıyev dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 23-cü ölüm hadisəsidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun