Gəncədə avtobus avtomobillə toqquşdu - FOTO

18 Sentyabr 2024 18:14

Gəncədə sərnişin avtobusu qəza törədib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospekti ilə Tağı Arani küçəsinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata görə sərnişin avtobusu minik maşını ilə toqquşub.

Hadisə zamanı sərnişin avtobusunun sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun