ABŞ Livandakı partlayışlardan əvvəlcədən məlumatlı olub?

18 Sentyabr 2024 17:08

"ABŞ Livan ərazisində baş verən peycer partlayışları barədə əvvəlcədən məlumatlı deyildi və onlara aidiyyəti yoxdur".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "The Washington Post"a istinadla məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken Misirin Xarici İşlər naziri Bədr Əbdül Ata ilə birgə mətbuat konfransında bildirib.

O, həmçinin bütün tərəfləri Yaxın Şərqdə münaqişənin eskalasiyasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

"Biz hələ də baş verənlər haqqında məlumat və faktlar toplayırıq", - deyə Blinken qeyd edib.

Nəşrdən o da bildirilib ki, ABŞ nümayəndələri qeyri-rəsmi kanallarla İranla əlaqə saxlayaraq, partlayışlara aidiyyəti olmadığına dair əminlik veriblər.

"Co Bayden administrasiyasının rəsmiləri Livandakı hadisələrdən uzaqlaşmağa çalışıblar və bu hadisələr barədə əvvəlcədən heç bir məlumat almadıqlarını bəyan ediblər", - deyə mənbədən vurğulanıb.

Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Metyu Miller də öz növbəsində bildirib ki, Birləşmiş Ştatların Livanda rabitə qurğularının detonasiyası ilə bağlı hadisələrə aidiyyəti yoxdur və onlar hadisədən məlumatlı olmayıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun