ÇL-ə qayıdan klubun cazibədar aparıcısı: Azarkeşlər onu niyə sevir? - FOTOlar

20 Sentyabr 2024 02:02

Bu günlərdə futbol dünyasında gündəmdən olan qadınlardan biri də Keyt Treysidir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, onun çalışdığı "Aston Villa" uzun fasilədən sonra Çempionlar Liqasına qayıdıb. Birmingem təmsilçisi səfərdə "Yanq Boyz"un qonağı olub. İngiltərə təmsilçisinin qayıdışı möhtəşəm olub. Unai Emerinin yetirmələri 3 cavabsız qolla qələbə qazanıb.

Keyt "Aston Villa" klub kanalında aparıcı kimi çalışdığı üçün bu uğurdan pay alanlardan biridir. Treysi klubun matçları olduğu arenalardan canlı yayımda proqram hazırlayır. Buna görə də "şirlər"in fanatları ona xüsusi rəğbət bəsləyir. Həm də onu "Aston Villa" üçün düşərli aparıcı hesab edirlər.

O, həmçinin Böyük Britaniyanın bir nömrəli idman kanalı olan "Sky Sports"da çalışır. İdman prinsipləri pozulmasın deyə Keyt futbol verilişlərində fəaliyyət göstərmir. Daha çox at yarışları ilə bağlı verilişlərdə tamaşaçıların önünə çıxır.

Maraqldıır ki, onun atlarla münasibəti yaxşıdır. Treysi at minməyi hobbi hesab edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun