Xarici diplomatlara azad edilmiş ərazilərdəki ən böyük SES göstərilib - FOTO

18 Sentyabr 2024 15:57

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonunda sentyabrın 2-də açılışı olmuş Tərtər çayı üzərində yerləşən "AzərEnerji" ASC-nin 22,5 MVt gücündə "Yuxarı Vəng" Su Elektrik Stansiyasının (SES) işi ilə tanış olublar.

Milli.Az report-a istinadən xəbər verir ki, stansiyada görülən işlər barədə qonaqlara məlumat verilib, bu obyektin tikintisində xarici şirkətlərin də iştirak etdiyi bildirilib.

Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi istiqamətində strategiyasına uyğun olaraq tikilən "Yuxarı Vəng" SES Vətən müharibəsində qələbədən sonra regionda yaradılan ən böyük "yaşıl enerji" mənbəyidir.

Qeyd edək ki, bundan əvvəl Kəlbəcər rayonuna səfəri çərçivəsində diplomatlar Sərsəng su anbarında və "Suqovuşan" istirahət parkında olublar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun