Puqaçovanın nəvəsi boşandı

18 Sentyabr 2024 16:00

Rusiyanın Xalq artisti Alla Puqaçovanın nəvəsi, aktyor, müğənni Nikita Presnikov boşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Nikita yeddi illik evliliyin ardından model Alena Krasnovadan rəsmi şəkildə ayrılıb.

Qeyd edək ki, Presnikov 2022-ci ildə ABŞ-yə mühacirət edib. Həmin vaxt keçmiş xanımı da onunla birgə getmişdi. Krasnova son paylaşımlarında Moskvada olduğunu qeyd edib. Presnikov isə boşanmaq üçün ölkəyə gəldikdən sonra yenidən ABŞ-yə qayıdıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun