Ermənistan Azərbaycandan qaz tədarük edə bilər – Paşinyan

18 Sentyabr 2024 13:38

Paşinyan hesab edir ki, Ermənistan gələcəkdə qazı Azərbaycandan ala bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində bildirib.

"Ermənistanın ərazisindən Naxçıvana və ya Türkiyəyə yönələn tranzit qaz kəmərinin olması variantını da qiymətləndirmək lazımdır", - Nikol Paşinyan.

Paşinyan qeyd edib ki, dünyada energetika üzrə müstəqillik yoxdur.

"Enerji cəhətdən təhlükəsiz ölkə yoxdur. Söhbət yalnız enerji diversifikasiyadan gedə bilər", - o, əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun