Telefonu təkcə uçuş zamanı deyil, adi vaxtlarda da təyyarə rejiminə keçirmək olar.
Milli.Az lent.az-a istinadən bildirir ki, bu funksiyanın faydaları böyükdür. Ancaq bəzən çətinlikləri də olur.
Telefon təyyarə rejimində olduqda nə baş verir?
Telefonunuzu təyyarə rejiminə qoyduğunuz zaman bütün simsiz bağlantılar söndürülür - mobil, Wi-Fi, Bluetooth, GPS.
Buna görə də, reboot əvəzinə rabitə və ya internetlə bağlı problemlər olduqda təyyarə rejimi istifadə edilə bilər. Bunun üçün sadəcə telefonunuzu təyyarə rejiminə qoyun, 20-30 saniyə gözləyin və təyyarə rejimini söndürün.
İkincisi, telefonunuzu təyyarə rejiminə qoymaq batareya enerjisinə qənaət edə bilər. Həmçinin, təyyarə rejimini yandırmaq şarj sürətini əhəmiyyətli dərəcədə artıracaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun