12 yaşlı oğlan məktəbdə altı nəfəri bıçaqladı

18 Sentyabr 2024 14:00

Portuqaliyada məktəbdə 12 yaşlı oğlanın hücumundan sonra ən azı 6 azyaşlı bıçaqlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki,məlumata görə, oğlan Azambuja ərazisində yaşadığı məktəbin şagirdlərinə bıçaqla hücum edib. Zərərçəkənlər 11-14 yaş arası yeniyetmələrdir. Onlardan biri ağır, beşi isə yüngül xəsarət alıb.

Hücum edənin motivləri hələlik məlum deyil.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun