Aleksandr Usik saxlanılıb - VİDEO

18 Sentyabr 2024 09:54

Ukraynalı boksçu Aleksandr Usik Krakov hava limanında həbs edilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Ali Radanın Gənclər və İdman Komitəsi sədrinin birinci müavini Jan Belenyuk sentyabrın 17-də bu barədə məlumat verib və müvafiq video yayımlayıb.

Hazırda ukraynalı boksçunun saxlanmasının səbəbi məlum deyil. Yayılan videoda onun mühafizənin müşayiəti ilə əllərində qandal otağa girdiyi görünür.

Hadisə aydınlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun