Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edir.
Şərtlər:
- Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər;
- Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır;
- Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir;
- Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır;
- Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz;
- Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır;
- Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 15.12.2024-cü il tarixindən başlanılması nəzərə alınmalıdır;
- Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.
Ayrılan maliyyə vəsaitinin həcmi: Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20 000 (iyirmi min) manat həcmində nəzərdə tutulur.
Layihə sənədlərinin qəbulu: 24sentyabr 2024-cü il, saat 09:00-dan - 23 oktyabr 2024-cü il saat 18:00-dək (Qeyd: Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaqdır).
Müsabiqənin keçirilmə vaxtı: 25 oktyabr 2024-cü il - 25noyabr2024-cü il.
Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə 24 sentyabr 2024-cü il saat 09:00-dan - 23 oktyabr 2024-cü il saat 18:00-dək elektron formada ([email protected]) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, "Bakı KOB evi") müraciət edə bilərlər:
(Qeyd: müvafiq sənədləri aşağıdakı linkdən yükləyəbilərsiniz:https://smb.gov.az/az/nav/qrant)
Müsabiqənin nəticələri barədə məlumat 25 noyabr2024-cü il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
Əlavə məlumat üçün: (+994 12) 404 04 01, 131 Çağrı Mərkəzi.