Ümumdünya Şahmat Olimpiadası: Yığmalarımız Qazaxıstana qarşı

18 Sentyabr 2024 09:32

Bu gün 45-ci Ümumdünya Şahmat Olimpiadasının VII turun oyunları keçiriləcək.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu turda kişilərdən ibarət millimiz Qazaxıstanla qarşılaşacaq.

Şahmatçılarımız 8 xalla 22-ci pillədə qərarlaşıblar.

Qadınlardan ibarət yığmamız da Qazaxıstanla qarşılaşacaqlar. Komanda hazırda 10 xalla 10-cu pillədə yer tutur.

Qeyd edək ki, heyətlər hələ ki, açıqlanmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun