Azərbaycanda toyda döyülən kişi öldü

18 Sentyabr 2024 09:31

Göygöldə toyda döyülən Ağstafa sakini xəstəxanada ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, həkimlərin tibbi müdaxiləsinə baxmayaraq Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü E.Nəbiyev xəstəxanada dünayasını dəyişib.

Qeyd edək ki, hadisə sentyabrın 11-də baş verib. Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakink R. Cəlilov saxlanılaraq istintaqa təhvil verilib. Hadisə musiqi sifarişi üstündə baş verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun