İradə Süleymanovaya Qarabağ Universitetində vəzifə verildi

18 Sentyabr 2024 09:01

Qarabağ Universitetində yeni təyinat olub.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İradə Əli qızı Süleymanova Qarabağ Universitetinin Tələbələrlə İş Mərkəzinə direktor təyin edilib.

Qeyd edək ki, İ.Süleymanova bundan əvvəl BDU-nun Sabah Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun