Middlton işlərinin başına keçdi

18 Sentyabr 2024 08:42

Uels şahzadəsi Keyt Middlton kimyaterapiya kursunu bitirdikdən sonra ilk işgüzar görüşünü keçirib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Bildirilib, görüş Vindzor qəsrində baş tutub. Tədbirdə Şahzadə Uilyamın xeyriyyəçi Kral Fondunun üzvləri iştirak ediblər. Uels şahzadəsi sonuncu dəfə ötən ilin dekabrında belə tədbirlərdə iştirak edib.

Lakin kral ailəsinin özü görüşün təfərrüatlarını açıqlamayıb.

Xatırladaq ki, Middltona bu ilin mart ayında ona xərçəng diaqnozu qoyulduğunu açıqlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun