Azərbaycanlı hücumçu Albaniya klubunda

18 Sentyabr 2024 07:50

Azərbaycanlı futbolçu Amil Yunanov karyerasını ölkə xaricində davam etdirəcək.

Milli.Az idman.biz-ə istinadən xəbər verir, 31 yaşlı hücumçu Albaniya çempionatında oynayacaq.

Yunanov "Bilis" klubu ilə mövsümün sonuna kimi müqavilə imzalayıb. Təmsilçimizin yeni komandası Albaniya Superliqasında 5 turdan sonra 5 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Amil ötən mövsümə "Səbail"in heyətində start verib. O, qış fasiləsindən sonra icarə əsasında "Kəpəz"ə keçib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun