Bu qərarla ABŞ kritik həddə daha da yaxınlaşıb - Kobaxidze

18 Sentyabr 2024 07:21

Bu qərarla ABŞ kritik həddə daha da yaxınlaşıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ-ın ötən gün ölkə rəsmilərinə tətbiq etdiyi sanksiyanı şərh edərkən deyib.

"Bu cür başqa bir qərar qəbul edilərsə, Gürcüstan-ABŞ əlaqələrinə dair Tiflisin mövqeyi bir daha nəzərdən keçirilə bilər", - Kobaxidze qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun