Türkiyə universitetində erməni dili şöbəsi açıldı

26 May 2010 15:44
Milli.Az xəbər portalı "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu universitetin rektor müavini professor Metin Hülagü deyib. O, agentliyə müsahibəsində bildirib ki, ermənicə və ivritcə şöbələrin açılması səyləri müsbət nəticə verib: "Fakültədə iki yeni şöbənin açılması üçün Yüksək Öyrətim Kurulundan (ali təhsil qurumu) müvafiq icazələri aldıq. Şöbələrə 2010-2011-ci tədris ilində 60 tələbə qəbul olunacaq".

Rektor müavini deyib ki, şöbələrin açılması üçün icazə alınsa da, kadr çatışmazlığı mövcuddur. Onun sözlərinə görə, bir erməni və bir yəhudi dili müəllimi olsa da, bu, azlıq təşkil edir. Universitet rəhbərliyi problemin aradan qaodırılması üçün Türkiyədəki erməni patriarxlığına müraciət etsə də, nəticə olmayıb: "Daha sonra İrəvan Dövlət Universiteti ilə danışıqlar apardıq və müsbət nəticə əldə olundu. Universitet bizə iki müəllim göndərəcək".

Milli.Az