Yoxa çıxan bu məşhuru həyat yoldaşı öldürübmüş - Atası zibil yeşiyindən tapdı - FOTO

18 Sentyabr 2024 06:15

İsveçrəli məşhur gözəllik kraliçası Kristina Joksimovic xüsusi amansızlıqla qətlə yetirilib.

Milli.Az titul.az-a istinadən xəbər verir ki, 38 yaşlı modeli həyat yoldaşı yaşadıqları malikanədə boğaraq öldürüb, sonra da meyitə qarşı vəhşilik edib.

Hadisənin üstünü isə Kristinanın atası açıb. Valideyini onların yanında olan iki nəvəsini qızı gəlib götürməli olsa da bir xəbər çıxmayınca narahatlıq keçirib. Zəng və mesajlarına isə cavab verilməyincə həyat yoldaşına zəng ediblər. Amma o yoladşının harda olduğundan xəbərsiz olduğunu bildirib.

Modelin atası nəvələrini də götürüb qızıgilə gedib. Onları qızının əri qarşılayıb. Thomas adlı bu şəxs saatlarca heç bir şey olmamış kimi davranıb, qayınayatırmadan öncə evə gələnlərə axşam yeməyi hazırlayıb, verib.

Qızından xəbər çıxmayınca isə axtarışlar zamanı atası qızının meyitini evin yaxınlığındakı zibil yeşiyindən tapıb.

Şübhəli ər dindirilmə zamanı hər şeyi etiraf edib.

Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 38 yaşlı model Kristina Joksimovicin hissələrə ayrılmış bədəni Basel şəhəri yaxınlığındakı Binningen qəsəbəsində aşkar edilib. Kristina 2003-cü ildə "Miss Northwest Switzerland" yarışının qalibi olub və 2008-ci ildə isə "Miss Switzerland" yarışında finalist olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun