Yevlax sakini meyvə yığarkən ağacdan yıxılıb öldü

18 Sentyabr 2024 00:08

Yevlax sakini ağacdan yıxılaraq ölüb.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, hadisə Xaldan qəsəbəsi hüdudlarında baş verib.

Meyvə yığarkən 1970-ci il təvəllüdlü İsmayılov Araz Məhəmməd oğlu  müvazinətini itirərək ağacdan yıxılıb və çoxsaylı bədən bədən xəsarətləri alıb. Doğmaları yaralı kişini xilas etmək üçün onu bölgənin müxtəlif tibb ocaqlarına aparsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun