Leyen Sejurneyə yeni vəzifə təklif etdi

17 Sentyabr 2024 23:20

Avrokomissiyanın rəhbəri Ursula fon der Leyen Fransa xarici işlər naziri Stefan Sejurneyə Avropa Komissiyasında rifah və sənaye strategiyasına cavabdehlik daşıyan vitse-prezident vəzifəsini təklif edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bununla bağlı təklifi Leyen özü Strasburqda Avroparlament qarşısında çıxışında səsləndirib.

"Stefan Sejurne AB-nin rifahı və sənaye strategiyasına cavabdeh olan Avropa Komissiyasının icraçı vitse-prezidenti təyin ediləcək", - deyə Leyen bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun